Şriftin ölçüsü :

Saytın rəngi :

Xorvatiya Respublikası, Varajdin şəhəri

Ölkə:                                               Xorvatiya
      Şəhər:                                             Varajdin
      Əhali:                                              46 319 nəfər (2015-ci il)                                           
      Sahəsi:                                           59,45 км²


Şəki şəhəri ilə Xorvatiyanın Varajdin şəhəri arasında dostluq və əməkdaşlıq xartiyası 27 noyabr 2018-ci il tarixdə Varajdin şəhərində imzalanıb.
2018-ci ilin 26-29 noyabr tarixlərində Şəki Şəhər İcra Hakimiyyətinin başçısı Elxan Usubovun başçılıq etdiyi Şəki şəhərinin nümayəndə heyəti Xorvatiyanın Varajdin şəhərində rəsmi səfərdə olmuşlar. Səfər çərçivəsində iki şəhər arsında dostluq və əməkdaşlıq xartiyasının imzalanma mərasimi keçirilmişdir.  Nümayəndə heyətinin üzvləri, həmçinin, Varajdin şəhərində yerləşən Zagreb Universitetinin Təşkilat və İnformatika fakültəsi, Tekstil Texnologiyaları fakültəsi, “Varteks” şirkəti və Varajdin Texnologiya Parkında tanışlıq görüşləri keçirmişdir. Görüşlər zamanı Şəki ilə Varajdin arasında, iqtisadi, mədəni, elmi-texniki əlaqələrin inkişaf etdirilməsi, idman və turizm sahəsində əməkdaşlığın genişləndirilməsi məsələləri geniş müzakirə olunmuşdur.

Keçidlər