Şriftin ölçüsü :

Saytın rəngi :

İctimai Şura

 Şəki Şəhər İcra Hakimiyyəti yanında İctimai Şuraya  növbəti seçkilərin keçirilməsi məqsədilə “İctimai iştirakçılıq haqqında” Azərbaycan Respublikası Qanununun 6.1-ci maddəsinin icrası ilə əlaqədar hazırlanmış “İctimai şuranın vətəndaş cəmiyyəti institutları tərəfindən seçilməsinə dair Əsasnamə”nin təsdiq edilməsi haqqında Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 171 saylı 30 may 2014-cü il tarixli Qərarına uyğun olaraq Şəki Şəhər İcra Hakimiyyəti yanında İctimai Şuraya seçkinin təşkili məqsədi ilə yaradılmış Komissyanın tərkibində qismən dəyişiklik edilmişdir.   Seçki komissiyası yerli icra hakimiyyəti orqanlarının əməkdaşlarından 4 üzv, vətəndaş cəmiyyəti institutu nümayəndələrindən 5 üzv olmaqla - 9 nəfərdən ibarət təşkil olunmuşdur. Komissiya ictimai şuraya seçkilərlə bağlı elan vermiş, müraciət edən vətəndaş cəmiyyəti institutlarının namizədlərinin qeydiyyatını aparmış, Şəki Şəhər İcra Hakimiyyəti yanında İctimai Şuranın üzvlərinin say həddinin müəyyən etmişdir.

      Şəki Şəhər İcra Hakimiyyəti yanında İctimai Şuranın üzvləri 06 noyabr 2020-ci il tarixdə Şəki şəhərinin ərazisində fəaliyyət göstərən vətəndaş cəmiyyəti institutlarının bərabər sayda təmsilçilərindən ibarət birgə yığıncaqda keçirilmiş səsvermə nəticəsində seçilmişdir.

Şəki Şəhər İcra Hakimiyyəti yanında İctimai Şuranın yeni tərkibi:
1. Əhmədov Vaqif Nurqələm oğlu
2. Əzizov Məmmədnuru Ənvər oğlu
3. Salamov Akif Salam oğlu
4. Hacıyeva Elmira Ələkbər qızı
5. Mirzəxanlı Baba Süleyman oğlu
6. Məhərrəmov Əlirza Qəhrəman oğlu
7. Rəsulzadə İlqar Tofiq oğlu
8. Soltanlı Nicat Yaşar oğlu

Şəki Şəhər İcra Hakimiyyəti yanında İctimai Şura Azərbaycan Respublikasının Konstitusiyasına, “İctimai iştirakçılıq haqqında” Azərbaycan Respublikasının Qanununa və digər qanunvericilik aktlarına uyğun fəaliyyət göstərir.

 

Keçidlər