Şriftin ölçüsü :

Saytın rəngi :

Türkiyə Respublikası, Konya vilayəti, Meram şəhəri

                            

Ölkə:                                                                      Türkiyə
      Şəhər:                                                                    Meram
      Əhali:                                                                     343,3 min nəfər (2015)
      Sahəsi:                                                                 1949  км2

    Şəki Bələdiyyəsi və Meram Bələdiyyəsi arasında qardaş şəhər və əməkdaşlıq haqqında protokol 23.09.2012-ci il tarixdə Şəki şəhərində imzalanmışdır.
     Meram şəhərini təmsil edən nümayəndələr 2012-ci ilin sentyabr ayında, 2015-ci  və 2016-cı ilin may ayında Şəkiyə səfər etmişlər. Meram şəhərinin nümayəndələri  Şəkinin yaranmasının 2700 illiyi və “Şəhər günü”nə həsr olunmuş bayram tədbirlərində iştirak etmiş, həmin tədbirlərdə Meram Bələdiyyəsinin rəqs kollektivinin çıxışları olmuşdur. 2016-cı ilin may ayında Türkiyənin Meram şəhərinin bələdiyyəsinin sədri başda olmaqla bələdiyyəni təmsil edən 16 nəfərdən ibarət nümayəndə heyyətinin üzvləri iki qardaş şəhər arasında əlaqələrin genişləndirilməsi, qarşılıqlı əməkdaşlıq və gələcək perspektivlər barəsində fikir mübadiləsi aparılması məqsədilə Şəki şəhərinə müxtəlif görüşlərdə iştirak etmişlər.
     Şəki şəhərini təmsil edən nümayəndələr 2013-cü ilin may ayında Meram şəhərinə səfər etmişlər. Meram şəhərində səfərdə olmuş Şəki Bələdiyyəsinin bir qrup üzvü bu şəhərdə keçirilən festivalda iştirak etmişlər. S.Rəhman adına Şəki Dövlət Dram Teatrının kollektivi  Konyada türkdilli xalqların “Min nəfəs, bir səs” adlı Beynəlxalq teatr festivalında iki dəfə iştirak edib. Meramda Şəkinin adını daşıyan park qurulub istifadəyə verilmişdir.

Keçidlər