Əhalinin fasiləsiz olaraq elektrik enerjisi ilə təmin etmək üçün rayon ərazisində müvafiq tədbirlər həyata keçirilir.
2018-ci il ərzində rayon ərazisində 6-10 KV-luq elektrik verilişi xətlərində 34.51 km məsafədə əsaslı və cari təmir işləri aparılmış, 14.2 km məsafədə keçiricilik qabiliyyətini itirmiş naqillər yeni naqillərlə əvəz olunmuşdur.
0.4 KV-luq elektrik verilişi xətlərində 33.42 km məsafədə əsaslı və cari təmir işləri aparılmış, 1216 ədəd dayaq yeniləri ilə əvəz olunmuşdur. Rayonun Kiçik Dəhnə, Baş Göynük kəndlərində 6 ədəd, Aşağı Göynük kəndində 8 ədəd, Dərəcənnət və Cəfərabad kəndlərində isə 1 ədəd 10/0.4 KV-luq transformator yarımstansiyaların 0.4 KV-luq tərəfində istismar müddəti bitmiş naqillər və dayaqlar dəyişdirilmiş, 160.44 km uzunluğunda magistral xəttə 0.4 kv-luq naqillər SİP kabellərlə, 56.2 km uzunluğunda abonent xətləri kabel vasitəsi ilə əvəz olunmuşdur.
43 ədəd 6-10/0.4 kv-luq TM və KTM-də əsaslı və cari təmir işləri aparılmış, 15 ədəd 0.4 kv-luq ayırıcı quraşdırılmışdır.
Rayonun Kiçik Dəhnə kəndində 1 ədəd 250 KVA gücündə yeni KTM quraşdırılmış, 1 ədəd 160 KVA gücündə transformator yarımstansiyası 250 KVA gücündə transformator yarımstansiyası ilə əvəz olunmuşdur. Bununla yanaşı rayonun Biləcik, Köbər Zəyzid, Zunud, Şəkikənd, Şorsu və Suçma kəndlərində artıq yüklənməyə məruz qalan transformator yarımstansiyasları müxtəlif güclü transformator yarımstansiyasları ilə əvəz olunmuş, Cəfərabad kəndində 160 KVA gücündə KTM quraşdırılaraq yeni güc mərkəzi yaradılmışdır.
Əhalinin dayanıqlı və keyfiyyətli elektrik enerjisi verilişi ilə təmin olunması istiqamətində rayonun Baş Göynük və Kiçik Dəhnə kəndlərində istismara yararsız naqillər və dayaqlar dəyişdirilmişdir. Rayonun Kiçik Dəhnə, Baş Göynük və Dərəcənnət kəndlərində ümumilikdə 476 ədəd yeni dayaq quraşdırılmış və 34.51 km uzunluğunda kabel xətti çəkilmişdir.
Hal-hazırda rayonun Aşağı Göynük kəndində 10-0.4 KV-luq şəbəkənin yenidən qurulması işləri aparılır. Sözügedən kənddə 8 ədəd transformator yarımstansiyasının 0.4 kv-luq tərəfində 740 ədəd 0.4 kv-luq yeni dayaq quraşdırılmış, 88.23 km uzunluğunda keçiricilik qabiliyyətini itirmiş naqillər kabel vasitəsi ilə əvəz olunmuşdur.
Müddət ərzində 454 ədəd yeni müasir elektron tipli sayğac quraşdırılmış, 5483 ədəd sayğac yenisi ilə əvəz edilmişdir.
Hazırda Şəki şəhəri, rayonun 43 kəndi və 2 qəsəbəsi fasiləsiz olaraq təbii qazla təmin edilir. Rayonun digər yaşayış məntəqələrinin qazlaşdırılması istiqamətində tədbirlər görülür.
Rayonda su təchizatının yaxşılaşdırılması istiqamətində müvafiq tədbirlər həyata keçirilir. Şəki şəhərinin su təchizatı və kanalizasiya sisteminin yenidən qurulması ilə əlaqədar III mərhələ üzrə tikinti - quraşdırma işləri davam etdirilir. Həmin mərhələdə şəhərin bütün ərazisinin daxili su təchizatı və kanalizasiya sisteminin qurulması nəzərdə tutulmuşdur. Layihə çərçivəsində Salman Mümtaz küçəsində 2 ədəd 1500 m3-lik əlavə hovuzların tikilməsinə başlanılmışdır. Həmçinin bu mərhələdə rayonun Öyrət kəndi yaxınlığında yeni kanalizasiya təmizləmə qurğusunun tikilməsi planlaşdırılır.
2018-ci il ərzində Şəki rayonu Telekommunikasiya qovşağı üzrə ATS-in ümumi tutumu 26781 ədəd, əhalinin istifadəsində olan nömrələrin sayı isə 25405 olmuşdur. Rayonda 12366 internet-ADSL, 8 peyk rabitəsi, 972 SDMA abunəçisi vardır.
Rayon ərazisində 98 km uzunluğunda respublika əhəmiyyətli magistral, 258 km səhərdaxili, 343 km kəndarası yollar vardır.
2018-ci ildə 56.5 min kv.m səhərdaxili, 110.87 min kv.m kəndarası yollar asfalt-beton örtüklə təmir olunmuşdur. Bu işlər bu gün də davam etdirilir.
Gələcəkdə rayonda bir sıra infrastruktur layihələrin həyata keçilrilməsi nəzərdə tutulur: