Şriftin ölçüsü :

Saytın rəngi :

Şəkidə indiyədək payız səpini proqnozuna 80 faizdən çox əməl olunub

30 noyabr 2020 | 16:00

Respublikanın ən iri taxılçılıq rayonlarından olan Şəkidə gələn ilin məhsulu üçün payızlıq dən bitkilərinin səpini davam edir. Torpaq mülkiyyətçiləri indiyədək 27 min 662 hektarı buğda, 24 min 438 hektarı arpa olmaqla, 52 min 100 hektar sahəyə toxum səpiblər. Cari mövsümdə rayonda 65 min hektar sahədə payızlıq dənlilərin səpini proqnozlaşdırılır. İndiyədək səpin proqnozuna 80 faizdən çox əməl olunub.

Bu barədə AZƏRTAC-ın bölgə müxbirinə Şəki Dövlət Aqrar İnkişaf Mərkəzinin bitkiçilik sektorunun müdiri Sahib Abdulhəmidov məlumat verib.

Qurum rəsmisi bildirib ki, payızlıq dənlilərin səpini üçün indiyədək təsərrüfatlarda 62 min hektar sahədə şum qaldırılıb. Torpaq mülkiyyətçiləri tərəfindən bu günədək 1100 hektar taxıl sahəsində suvarma aparılıb və bu iş davam etdirilir.

Keçidlər