Şriftin ölçüsü :

Saytın rəngi :

Şəkililər qələbə xəbərini böyük coşqu ilə qarşılayıblar

11 noyabr 2020 | 16:00

Şəkidə Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan İlham Əliyevin qələbə xəbəri böyük coşqu və sevinc hissi ilə qarşılanıb.
    Şəhər sakinləri Azərbaycan Prezidenti, Ali Baş Komandan İlham Əliyevin xalqa müraciət edərək şanlı qələbəmizin - Ermənistanın təslim olmasının müjdəsini fərəh hissi ilə qeyd ediblər. Əllərində ay-ulduzlu bayraqlar dalğalandıran insanlar "Qarabağ!" "Qarabağ Azərbaycandır!", "Yaşasın Ali Baş Komandan!", "Yaşasın Azərbaycan Ordusu!" "Qələbə" kimi şüarlar səsləndiriblər, Rəşadətli Ordumuza, Qalib Əsgərimizə minnətdarlıqlarını ifadə ediblər.

Keçidlər