Şriftin ölçüsü :

Saytın rəngi :

“Ölkəmizi tanıyaq” tur-aksiyası çərçivəsində Şəki şəhərini təmsil edən iştirakçılar yola salınıblar

13 noyabr 2019 | 09:11

“Ölkəmizi tanıyaq” devizi altında maarifləndirici tur-aksiyasına Şəki şəhərindən qoşulacaq iştirakçıların yola salınması münasibətilə təntənəli tədbir keçirilmişdir.
Şəhər rəhbərliyi və tur-aksiyasına qoşulacaq Şəki məktəbliləri Ulu Öndərin Heydər Əliyev Mərkəzinin qarşısında ucaldılan abidəsi önünə gül dəstələri düzüb, xatirəsini ehtiramla anıblar. Sonra məktəblilər Heydər Əliyev Mərkəzində ümummilli liderin həyat və fəaliyyətini əks etdirən eksponatlarla tanış olublar.
Heydər Əliyev Mərkəzinin akt zalında bu münasibətlə keçirilən tədbirdə şəhər rəhbərliyi, ictimaiyyət nümayəndələri, valideynlər və məktəblilər iştirak ediblər.
Tədbirdə çıxış edən Şəki Şəhər İcra Hakimiyyətinin başçısı Elxan Usubov qeyd edib ki, artıq altıncı ildir ki, Azərbaycanın orta məktəblərinin 9-11-ci sinif şagirdlərinin “Ölkəmizi tanıyaq” devizi altında Vətənimizin müxtəlif bölgələrinə maarifləndirici tur-aksiyaları təşkil olunur. Cənab Prezidentimiz  İlham Əliyevin tövsiyəsinə əsasən Prezident Administrasiyasının təşkilatçılığı ilə keçirilən tur-aksiyalar gözəl adət halı alıb.
       Bildirilib ki, Noyabrın 13-16 və 18-21 tarixlərini əhatə edəcək növbəti - 12-ci tur-aksiyada 4 istiqamət üzrə 76 şəhər və rayondan, ümumilikdə, 3190 nəfər iştirak edəcək.  Növbəti tur-aksiyanın birinci və ikinci mərhələsi çərçivəsində, ümumilikdə, Qəbələ-Şəki-Zaqatala marşrutu üzrə hərəkət edən 18 rayonun 810 şagirdinin Şəki şəhərinə ekskursiyası təşkil olunacaqdır. Şəki şəhərindən olan 40 nəfər məktəbli Lənkəran -Masallı-Astara marşrutu üzrə tur-aksiyaya qoşulacaqlar.
Tədbirdə Ümummilli lider Heydər Əliyevin qurub-yaratdığı müstəqil Azərbaycanın nailiyyətlərindən, Prezident cənab İlham Əliyevin qətiyyəti və iradəsi ilə respublikamızın dinamik sosial-iqtisadi inkişafından bəhs olunub, Şəki şəhərində son illər görülmüş işlər barədə məlumat verilib.
Daha sonra çxış edənlər şagirdlərə yaradılan şəraitə görə ölkə başçısna minnətdarlıqlarını ifadə ediblər.
Tədbirə yekun vuran şəhər icra hakimiyyətinin başçısı Elxan Usubov məktəblilərə xoş arzularını bildirib və yaxşı yol arzulayıb.

Keçidlər