Şriftin ölçüsü :

Saytın rəngi :

IX Şairlər Günü çərçivəsində Şəkidə xalq şairi Bəxtiyar Vahabzadənin xatirəsinə həsr olunmuş tədbir keçirilib

12 iyun 2019 | 09:06

İyun ayının 11-də xalq şairi Baxtiyar Vahabzadənin Şəkidəki ev muzeyində IX Şairlər Günü çərçivəsində bu görkəmli söz ustasının xatirəsinə həsr olunmuş tədbir keçirilib.
   Tədbirdə Azərbaycan Yazıçılar Birliyi və Gənc Şairlər Birliyinin təmsilçiləri,  Türkiyə Elm və Ədəbi Əsər Sahibləri Birliyinin (İLESAM), Qazaxıstanın Yazıçılar Birliyinin nümayəndələri, Şəki yazarları və ictimaiyyətin nümayındələri iştirak ediblər.
    Əvvəlcə Şəki Şəhər İcra Hakimiyyətinin şöbə müdiri Rəfail Mənəfov qonaqları və iştirakçıları salamlayaraq, IX Şairlər Günü çərçivəsində növbəti tədbirin Şəki şəhərində keçirilməsinin əlamətdar hadisə olduğunu qeyd edib.
    Şair Vaqif Aslanın aparıçılığı ilə davam edən tədbirdə şair Xəyal Rzanın, Türkiyə Elm və Ədəbi Əsər Sahibləri Birliyinin başqanı Məhəmməd Nuri Barmaksızın, Qazaxıstan Yazıçılar Birliyinin katibi, şair Akberen Elgezekin və digər yazarların çıxışları dinlənilib, görkəmli şair və ədəbiyyatşünas, ictimai xadim Baxtiyar Vahabzadənin həyat və zəngin yaradıcılığından söhbət açılıb, bu böyük vətənpərvərin əziz xatirəsinin türk xalqlarının qəlbində əbədi yaşayacağı vurğulanıb.
      Layihə rəhbəri Xəyal Rza layihə çərçivəsində  Sumqayıt, Şamaxı, Gəncə. Tovuz, Quba şəhərlərində keçirilən tədbirlərdən danışaraq, növbəti tədbirin Göyçay şəhərində keçiriləcəyini və Şəki görüşündən xüsusi təəssüratlar aldıqlarını bildirib.
     Çıxışlarıdan sonra Şəki Şəhər İcra Hakimiyyətinə və Qazaxıstan Yazıçılar Birliyinin katibi, şair Akberen Elgezekə layihənin xüsusi mükafatları təqdim olunub.
    Tədbirdə Şəki Şəhər Baxtiyar Vahabzadə adına 1 №-li tam orta məktəbin şagirdləri və Şəki şəhər 3 №-li uşaq musiqi məktəbinin kollektivi maraqlı konsert proqramı ilə çıxış ediblər.
    Səmimi dostluq və qardaşlıq şəraitində keçirilən görüş çay süfrəsi ətrafında davam edib.

Keçidlər