Şriftin ölçüsü :

Saytın rəngi :

Şəki Şəhər İcra Hakimiyyətinin başçısı Qırxbulaq kəndində səyyar qəbul keçirib

23 may 2019 | 01:05

Şəki Şəhər İcra Hakimiyyətinin başçısı Elxan Usubov mayın 21-də Şəkinin Qırxbulaq kəndinin sakinləri ilə görüşüb.
Səyyar qəbulda başçının müavinləri, aparatın şöbə müdirləri, ayrı-ayrı xidmət təşkilatlarının rəhbərləri, kənd sakinləri iştirak ediblər.
Şəki Şəhər İcra Hakimiyyətinin başçısı Elxan Usubov çıxış edərək ölkədə həyata keçirilən islahatlardan, əhalinin sosial müdafiəsi sahəsində son dövrlər həyata keçirilən tədbirlərdən bəhs edib, AR Regionların Sosial-İqtisadi İnkişafı Dövlər Proqramlarının icrası nəticəsində Şəkidə  görülən işlərdən danışıb, qarşıda duran vəzifələrə toxunub.
Kənd sakinləri Lətif Lətifov, Rəna Hüseynova, Vəhbi Babayev və başqaları çıxış edərək kənddəki yarasız elektrik dirəklərinin dəyişdirilməsini, yeni EATS quraşdırılması və sakinlərin internetə çıxışının təmin olunmasını, kəndin mərkəzi küçəsinin əsaslı təmirinə köməklik göstərilməsini və  sair məsələləri xahiş etmişlər.
Görüşün sonunda Şəki Şəhər İcra Hakimiyyətinin başçısı Elxan Usubov qaldırılmış məsələlərlə bağlı tapşırıq və tövsiyyələrini bildirib.

Keçidlər