Şriftin ölçüsü :

Saytın rəngi :

Şəki şəhərində ağacəkmə aksiyası keçirilib

07 aprel 2019 | 07:04

Ekologiya və Təbii Sərvətlər Nazirliyi və Şəki Şəhər İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə aprelin 6-da Şəki şəhərindən Qax rayonu istiqamətində magistral yolun kənarında ağacəkmə aksiyası keçirilib.
      Ekoloji mühitin sağlamlaşdırılmasına yönələn bu aksiyada şəhər ictimaiyyətin nümayəndələri, idarə, müəssisələrin kollektivləri yaxından iştirak edib.
     Aksiya çərçivəsində 3 min ədədə yaxın müxtəlif dekorativ  və meyvə ağacları əkilib.

Keçidlər