Şriftin ölçüsü :

Saytın rəngi :

Şəkidə Aprel şəhidlərinin xatirəsi anılıb

06 aprel 2019 | 10:04

Şəki şəhərində Aprel döyüşlərinin üçüncü ildönümü ilə əlaqədar silsilə tədbirlər keçirilir.
   Aprel döyüşlərində şəhid olmuş baş leytenant Elnur İsgəndərovun, gizir Orxan Hümmətovun və əsgər Vüqar Süleymanov  anım mərasimlərində ictimaiyyətin nümayəndələri, şəhidlərin ailə üzvləri, sakinlər və məktəblilər iştirak ediblər.
   Mərasim iştirakçıları Aprel şəhidlərinin məzarını ziyarət edib, xatirələrini ehtiramla anılıblar. Şəhidlərin ruhuna dualar oxunub.
   Anım mərasimlərində çıxış edənlər Aprel döyüşlərində erməni işğalçılarının cəbhədə törətdikləri təxribatlara Azərbaycan Ordusunun verdiyi layiqli cavabdan, hərbçilərimizin döyüşlərdə göstərdiyi şücaətdən və qazanılan qələbənin əhəmiyyətindən danışıblar, işğal altındakı torpaqlarımızın tezliklə azad olunacağına əminliklərini ifadə ediblər.
   Şəhidlərin yaxınları göstərilən diqqət və qayğıya görə dövlətimizin başçısına minnətdarlığını bildiriblər.
     Anım mərasimlərində məktəblilərin ifasında şeirlər səsləndirilib, hərbi-vətənpərvərlik mövzusunda ədəbi-bədii kompozisiya nümayiş etdirilib.

Keçidlər