Şriftin ölçüsü :

Saytın rəngi :

Şəki Şəhər İcra Hakimiyyətinin başçısı şəhərin “Şərbablar” məhəlləsində səyyar qəbul keçirib

06 aprel 2019 | 08:04

Şəki Şəhər İcra Hakimiyyətinin başçısı Elxan Usubov aprelin 4-də Şəki şəhərinin “Şərbablar” məhəlləsinin sakinləri ilə görüşüb.
Səyyar qəbulda başçının müavinləri, aparatın şöbə müdirləri, ayrı-ayrı xidmət təşkilatlarının rəhbərləri, kənd sakinləri iştirak ediblər.
Şəki Şəhər İcra Hakimiyyətinin başçısı Elxan Usubov çıxış edərək Prezident cənab İlham Əliyevin rəhbərliyi ilə ölkədə həyata keçirilən uğurlu daxili və xarici siyasət nəticəsində əldə olunan nəticələrdən, ölkə başçısının əhalinin sosial müdafiəsi sahəsində son dövrlər qəbul etdiyi qərarlardan bəhs edib, AR Regionların Sosial-İqtisadi İnkişafı Dövlər Proqramlarının icrası nəticəsində respublikada, o cümlədən Şəkidə  görülən işlərdən danışıb, qarşıda duran vəzifələrə toxunub.
Məhəllə sakinləri Aybəniz Məmmədova, Nadir Orucov, Nütvəli Abdulxalıqov və başqaları çıxış edərək .məhəllədəki Məhəmməd Füzuli küçəsinin işıqlandırılmasını ərazidəki beşmərtəbəli kooperativ yaşayış binasının üst örtüyünün təmir edilməsinə köməklik göstərilməsini, məhəllədə su-kanalizasiya xəttinin çəkilişi zamanı dağıdılmış asfalt örtüyünün bərpasını, 5 №-li tam orta məktəbin qarşısında məktəblilərin təhlükəsizliyini qorumaq üçün piyada xəttinin çəkilməsi və yol nişanlarının qoyulmasını və  sair məsələləri xahiş etmişlər.
Görüşün sonunda Şəki Şəhər İcra Hakimiyyətinin başçısı Elxan Usubov qaldırılmış məsələlərlə bağlı tapşırıq və tövsiyyələrini bildirib.

Keçidlər