Şriftin ölçüsü :

Saytın rəngi :

Şəki şəhərində buraxılış imtahanları keçirilib

12 mart 2019 | 02:03

Dövlət İmtahan Mərkəzi tərəfindən martın 10-da Şəki şəhərində ümumtəhsil müəssisələrinin 9-cu sinif şagirdləri üçün keçirdiyi buraxılış imtahanlarının birinci mərhələsi başa çatıb.
İmtahanların keçirilməsi üçün Şəkidə 4 imtahan mərkəzi ayrılıb. İmtahan saat 11:00-da başlanıb və 3 saat davam edib. İmtahanlarda Şəki rayonu üzrə 2013 şagird iştirak edib.
Bütün imtahan mərkəzlərində 9-cu sinif şagirdləri üçün buraxılış imtahanlarının birinci mərhələsi mövcud təlimata uyğun keçib və heç bir qanun pozuntusuna yol verilməyib.

Keçidlər