Şriftin ölçüsü :

Saytın rəngi :

Şəkinin Dərəcənnət kəndində səyyar qəbul keçirilib

16 sentyabr 2018 | 02:09

Şəki Şəhər İcra Hakimiyyətinin başçısı Elxan Usubov sentyabrın 14-də Şəkinin Dərəcənnət kəndinin sakinləri ilə görüşüb. Səyyar qəbulda başçının müavinləri, aparatın şöbə müdirləri, ayrı-ayrı xidmət təşkilatlarının rəhbərləri, kənd sakinləri iştirak etmişlər.
Şəki Şəhər İcra Hakimiyyətinin başçısı Elxan Usubov Şəkidə aparılan abadlıq quruculuq işləri, həmçinin həyata keçirilən layihələr barədə məlumat vermişdir.
Kənd sakinləri Kərim Xudiyev, İldırım  Mustafayev, Dünyamalı Əliyev, Daşdəmir Musazadə və başqaları çıxış edərək kənddə içməli su probleminin həllinə, Şəki-Balakən sosesindən kəndə gələn yolun əsaslı təmirinə, kəndin yeni yaşayış massivində EATS quraşdırılmasına, kənddə uşaq bağçası olmadığından yeni məktəbəqədər tərbiyə müəssisəsinin yaradılmasına köməklik göstərilməsi və sair məsələləri xahiş etmişlər.
Görüşün sonunda şəhər icra hakimiyyətinin başçısı Elxan Usubov çıxış edərək qaldırılmış məsələlərlə bağlı tapşırıq və tövsiyyələrini bildirmiş, qarşıda duran vəzifələr barədə danışmışdır.

Keçidlər