Şriftin ölçüsü :

Saytın rəngi :

Şəkidə 68 min hektara yaxın sahədə payızlıq dənlilərin səpini proqnozlaşdırılır

13 sentyabr 2018 | 07:09

Şəki rayonunun təsərrüfatlarında gələn ilin məhsulu üçün payızlıq dənlilərin səpininə ciddi hazırlıq işləri görülür. Cari mövsümdə rayonda 68 min hektara yaxın sahədə payızlıq dənlilərin səpini proqnozlaşdırılır. Bu məqsədlə indiyədək təsərrüfatlarda 30 min hektardan çox sahədə şum qaldırılıb. Səpin üçün 12 min ton yüksək reproduksiyalı toxum fondu yaradılıb.
Payızlıqların səpininə sentyabrın 20-dən sonra başlamaq nəzərdə tutulur. Səpin üçün ayrılmış toxum fondu laboratoriya müayinəsindən keçirilib. Səpində iştirak edəcək 150 ədəd şum traktoru və 81 ədəd toxumsəpən aqreqat təmir olunaraq saz vəziyyətə gətirilib.
Hazırda təsərrüfatlarda bitkiçilik məhsullarının yığımı da mütəşəkkil davam etdirilir. İndiyədək üzüm bağlarından 400 tonadək məhsul yığılıb, bağbanlar 150 ton meyvə toplayıblar. Tütün istehsalçıları sahələrdən 19 min ton yaşıl kütlə tədarük edərək emal məntəqəsinə təhvil veriblər.

Keçidlər