Şriftin ölçüsü :

Saytın rəngi :

Şəki Şəhər İcra Hakimiyyətinin başçısı “Calğalıbulaq” məhəlləsinin sakinləri ilə görüşüb

23 fevral 2018 | 11:02

Fevralın 22-də Şəki Şəhər İcra Hakimiyyətinin başçısı Elxan Usubov Şəkinin “Calğalıbulaq” məhəlləsində səyyar qəbul keçirib.
Görüşdə başçının müavinləri, aparatın şöbə müdirləri, ayrı-ayrı xidmət təşkilatlarının rəhbələri, məhəllə sakinləri iştirak ediblər.
Görüşün əvvəlində Şəki şəhərində ötən ildə görülmüş işlərdən söz açılmış, həyata keçirilən layihələr barədə məlumat verilmişdir.
Sonra məhəllə sakinləri Rəhman Rəsulov, Natavan Hüseynova, Nərgiz Məcidova, Anar Əzizov və başqaları çıxış edərək Bağbanlar küçəsində qazıntı işlərindən sonra yolların və su ötürücü arxların təmirinin sürətləndirilməsini, həmin küçədə dispanserin qarşısında zibil qutusunun qoyulmasını, ərazidə iki ədəd irigövdəli ağacın budanmasını, sahibsiz itlərin zərərsizləşdirilməsini və sairlə bağlı tələb və təkliflərini irəli sürmüşlər.
Görüşdə şəhər icra hakimiyyətinin başçısı Elxan Usubov çıxış edərək tapşırıq və tövsiyyələrini bildirmiş, qarşıda duran vəzifələr barədə danışmışdır.

Keçidlər