Şriftin ölçüsü :

Saytın rəngi :

Şəki şəhər İcra Hakimiyyətinin əməkdaşı YUNESKO-nun təlim tədbirində iştirak etmişdir

21 fevral 2018 | 08:02

Məlum olduğu üzrə, Şəki şəhəri 2017-ci ildən etibarən YUNESKO-nun "Yaradıcı Şəhərlər Şəbəkəsi"nə “sənət və sənətkarlıq” sahəsi üzrə üzv seçilmişdir. Bununla əlaqədar olaraq, Malaziyanın Kuala Lumpur şəhərində 7-13 Fevral 2018-ci il tarixləri arasında keçirilən 9-cu “Dünya Şəhərlər Formu” çərçivəsində, YUNESKO-nun Mədəniyyət Sektorunun 12 Fevral 2018-ci il tarixində “Davamlı Şəhərlər üçün Yaradıcılıq; iqtisadi inkişaf, möhkəmləndirilmiş dayanıqlılıq və sosial əhatəlilik üçün mədəniyyətin gücləndirilməsi” mövzusunda təşkil edilən təlim tədbirində Şəki şəhər İcra Hakimiyyətinin əməkdaşı Yusif Məmmədov iştirak etmişdir.
Təlim tədbiri ərzində, gələcəyin şəhərlərinin inkişaf konsepsiyaları, mövcud şəhərlərin problemləri, məsələlərin həllində yaradıcı, inklusiv (əhatəedici) vasitələrdən istifadə edilməsi, mədəniyyət layihələrinin davamlı və dayanıqlı iqtisadiyyatın inkişafı üçün vacib olan amilləri müzakirə edilmiş, qarşılıqlı fikir alış-verişi, kiçik həcmli məşğələlər təşkil edilərək yerində icra edilmişdir. Yekun nəticə olaraq, şəhər yerlərində hədəf və məqsədlərə nail olmaq üçün birbaşa mədəniyyət vasitəsilə yox, məhz mədəniyyətlə bağlı (əlaqəli) alətlərdən istifadə edərək və mədəniyyətdən faydalanılaraq inklusiv iqtisadi inkişafın əldə edilməsinin əhəmiyyətli olduğu vurğulanmışdır. Şəbəkənin bundan sonra da işini daha təkmil və keyfiyyətli yerinə yetirə bilməsi üçün əməkdaşlığın və yaradıcı fikir mübadiləsinin əhəmiyyəti diqqətə çatdırıldı.
Tədbirin sonunda, YUNESKO-nun Yaradıcılıq və Mədəniyyət Sektoru üzrə Direktoru xanım Jyoti Hosagrahar’a xatirə hədiyyələri təqdim olunmuşdur.

Keçidlər