Şriftin ölçüsü :

Saytın rəngi :

Şəki Xan Sarayı və Şəkinin tarixi hissəsi UNESCO-nun Dünya İrsi Siyahısına namizədlərin sırasında

23 iyun 2017 | 03:06

İyulun 2-dən 12-dək Polşanın Krakov şəhərində UNESCO-nun Ümumdünya İrs Komitəsinin 41-ci sessiyası keçiriləcək.
UNESCO-nun saytına istinadla xəbər veririk ki, Azərbaycandan Şəki Xan Sarayı da daxil olmaqla Şəkinin tarixi hissəsi Dünya İrsi Siyahısına salınmaq üçün namizədlərin siyahısında yer alıb.
Xatırladaq ki, ölkəmizin müvafiq təklifini UNESCO-nun Dünya İrsi Komitəsi gözdən keçirmiş və müraciətə düzəlişlər edilmək üçün Azərbaycan tərəfinə qaytarmış, 2016-cı ilin fevralında isə Azərbaycan tərəfi müvafiq düzəlişləri tamamlayaraq təklifi UNESCO-ya təqdim edib.

Keçidlər