Şriftin ölçüsü :

Saytın rəngi :

Xocalı faciəsini törədənlər xalqımız qarşısında cavab verəcəklər

26 fevral 2017 | 11:02

Xocali faciəsinin iyirmi beşinci ildönümü ilə əlaqədar Şəki şəhər Təhsil şöbəsi ilə Şəki şəhər Gənclər və İdman idarəsinin birgə təşkilatçılığı ilə Səməd Vurğun adına folklor evində tədbir keçirilmişdir.
     Əvvəlcə Xocalı soyqırımı qurbanlarının və Vətən uğrunda canlarını fəda etmiş bütün şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilmişdir.
    Tədbirdə çıxış edənlər Xocalı faciəsinin Azərbaycan və dünya tarixində ən qanlı hadisələrdən biri olduğunu, erməni silahlı dəstələri tərəfindən xalqımıza qarşı törədilən bu cinayət hadisəsi zamanı dinc əhalinin xüsusi qəddarlıqla qətlə yetirildiyini, əsir götürülən insanların isə dəhşətli işgəncələrə, zülmə və təhqirlərə məruz qaldıqlarını qeyd etmişlər.
     Çıxışlarda Xocalı haqqında həqiqətlərin dünya birliyinə çatdırılmasında, bu faciənin xalqımıza qarşı soyqırımı aktı kimi tanıdılmasında ümummilli lider Heydər Əliyevin rolu xüsusi vurğulanmışdır. Həmçinin bildirilmişdir ki, Prezident İlham Əliyevin apardığı müdrik daxili və xarici siyasət, erməni qəsbkarlığının ifşası üzrə yönəlmiş uğurlu addımlar bəhrəsini verməkdədir.
    Çıxış edənlər, cinayətkarların gec-tez ədalət məhkəməsi qarşısında cavab verəcəklərinə əminliklərini ifadə ediblər.
    Sonda Şəki şəhər 11 №-li tam orta məktəbdə fəaliyyət göstərən “Vətən oğlu" hərbi -vətənpərvərlik klubunun üzvləri tərəfindən "And içirik" adli ədəbi-bədii kompozisiya nümayiş etdirilmişdir.

Keçidlər