Şriftin ölçüsü :

Saytın rəngi :

Şəki Şəhər İcra Hakimiyyətinin başçısı Baş Zəyzid kənd orta məktəbinin tikintisi işlərinin gedişi ilə tanış olmuşdur

09 dekabr 2016 | 10:12

Dekabrın 8-də Şəki Şəhər İcra Hakimiyyətinin başçısı Elxan Usubov Baş Zəyzid kənd tam orta məktəbinin yeni binasının tikintisi işlərinin gedişi ilə tanış olmuşdur.
    Məlumat verilmişdir ki, Baş Zəyzid kənd tam orta məktəbinin yeni binası 624 yerlik, tikintinin ümumi sahəsi 27063 m2 -dır. Tikintinin sifarişçisi AR Təhsil Nazirliyi, podratçı təşkilat “HN Construkction” MMC-dir. Tikinti işlərinə noyabr ayında başlanılmış və gələn ilin sonunda yekunlaşdırılması nəzərdə tutulur.
    Şəki Şəhər İcra Hakimiyyətinin başçısı aparılan işlərlə bağlı müvafiq tapşırıq və tövsiyələrini verib.

Keçidlər