Şriftin ölçüsü :

Saytın rəngi :

Baş Zəyzid kəndində səyyar qəbul keçirilmişdir

09 dekabr 2016 | 09:12

Şəki Şəhər İcra Hakimiyyətinin başçısı Elxan Usubov dekabrın 8-də Şəkinin Baş Zəyzid kəndinin sakinləri ilə görüşmüşdür.
     Görüşdə başçının müavinləri, aparatın şöbə müdirləri, ayrı-ayrı xidmət təşkilatlarının rəhbələri, kənd sakinləri iştirak etmişlər.
     Görüşün əvvəlində ərazidə görülmüş işlərdən söz açılmış, kəndin ərazisindəki həlli vacib məsələlərə  toxunulmuşdur. Bildirilmişdir ki, son dövrlər kənddə 130 evə təbii qazın verilişi bərpa olunmuş, bir ədəd yeni artezian quyusu qazılımış, qəbiristanlığa gedən yolda yeni körpü inşa olunmuş,  kəndin seldən mühafizəsi məqsədilə “Zəyzid” və “Qurcana” çaylarının yatağı təmizlənmiş, sel-suları nəticəsində yararsız vəziyyətə düşmüş kəndarası yollar cari təmir olunmuş, 1275 metr yeni içməli su xətti çəkilmiş, hazırda Baş Zəyzid kənd tam orta məktəbi üçün yeni binanın tikintisinə başlanmışdır.
     Kənd sakinləri Vaqif Yusifov, Ətir Baləmmədova,  Fərahim Həsənov,  İrşad Yusifov  və başqaları çıxış edərək kəndin yuxarı hissəsində əlavə transformatorun quraşdırılması, yararsız elektrik dirəklərinin dəyişdirilməsi, pay torpaqlarının suvarma suyu ilə təmin olunması, həkim məntəqəsindəki doğum şöbəsinin əsaslı təmiri  və sairlə bağlı tələb və təkliflərini irəli sürmüşlər.
     Görüşdə şəhər icra hakimiyyətinin başçısı Elxan Usubov çıxış edərək tapşırıq və tövsiyyələrini bildirmiş, qarşıda duran vəzifələr barədə danışmışdır.

Keçidlər