Şriftin ölçüsü :

Saytın rəngi :

Şəkidə 65 min hektar sahədə payızlıq taxıl səpini proqnozlaşdırılır

13 oktyabr 2016 | 08:10

Respublikamızın ən iri taxılçılıq rayonlarından olan Şəkinin təsərrüfatlarında bir neçə gündür 2017-ci ilin məhsulu üçün payızlıq taxıl səpininə başlanılıb.
Rayonda gələn ilin məhsulu üçün 65 min hektar sahədə payızlıq taxıl səpini proqnozlaşdırılır. Bu məqsədlə 14 min tona yaxın yüksək reproduksiyalı toxum fondu yaradılıb. İndiyədək təsərrüfatlarda 34 min hektar sahədə şum aparılıb. Sarıca, Qaratorpaq, Turan və digər ərazilərdə artıq 1570 hektar sahəyə arpa və buğda toxumu səpilib. Səpin kampaniyasına lazımi qədər traktor, taxılsəpən aqreqat, mala və digər texnika cəlb olunub.

Keçidlər