Şriftin ölçüsü :

Saytın rəngi :

Şəki beynəlxalq teatr festivalına ev sahibliyi edəcək

25 avqust 2016 | 10:08

Sentyabrın 15-dən 24-dək Şəkidə “Üç məkan” II Beynəlxalq Teatr Festivalı keçiriləcək.
Mədəniyyət və Turizm Nazirliyindən  bildirilib ki, “Azərbaycan teatrı 2009-2019-cu illərdə” Dövlət Proqramı çərçivəsində reallaşacaq festival Mədəniyyət və Turizm Nazirliyi, Şəki Şəhər İcra Hakimiyyəti və Azərbaycan Teatr Xadimləri İttifaqının təşkilatçılığı ilə keçiriləcək.
Beynəlxalq festivalda Türkiyə, Rusiya, Gürcüstan, İran, Ukrayna və Birləşmiş Ərəb Əmirliklərinin teatr kollektivləri iştirak edəcək. Ölkəmiz bu festivalda 5 teatr - Dövlət Akademik Milli Dram Teatrı, Dövlət Rus Dram Teatrı, Dövlət Kukla Teatrı, Şəki Dövlət Dram Teatrı və Gəncə Dövlət Dram Teatrı ilə təmsil olunacaq. Festivalın bəzi tamaşaları Bakıda və Mingəçevirdə nümayiş etdiriləcək.
Festival çərçivəsində Azərbaycan peşəkar milli teatrının 144-cü mövsümünün açılışı olacaq. Şəki Dövlət Dram Teatrının foyesində teatr sənətinə dair sərgi nümayiş etdiriləcək.

Keçidlər