Şəki rayonunda əhalinin COVID-19 infeksiyasına qarşı peyvənd olunması prosesi davam edir. Əhalinin peyvəndlənməsi Şəki Rayon Mərkəzi Xəstəxanasının binasında xüsusi olaraq ayrılmış vaksin otaqlarında həyata keçirilir. Prosesə başlandığı gündən indiyədək Şəki rayonu üzrə vətəndaşlara 21 min 618 doza vaksin vurulub
Azərbaycanda ixrac potensialı yüksək olan meyvə bağlarının sahəsinin genişləndirilməsi məqsədilə yeni intensiv bağların salınmasına dövlət dəstəyi genişləndirilir. Aqrar Subsidiya Şurasının qərarına əsasən, 2021-ci ildə Azərbaycanda 6 növ meyvə bitkisi üzrə salınmış yeni intensiv bağlara görə birdəfəlik əkin subsidiyası veriləcək.
Son iki yüz ildə Azərbaycan tarixinə bir çox şanlı səhifələrlə yanaşı, faciələr və soyqırımları, müsibətlərlə dolu səhifələr də yazılıb. Bu dəhşətli hadisələrdən biri 1918-ci ilin mart-aprel aylarında yaşanmışdı. Sovet hakimiyyəti dövründə təxminən 70 il xalqın qan yaddaşını silməyə aramsız cəhdlər göstərilsə də, bu, mümkün olmadı və nəhayət, həqiqət anı yetişdi.
Son günlər bütün ölkədə olduğu kimi Şəki rayonunda da “COVID-19”a yoluxanların sayında artım müşahidə olunur.
Ermənistan silahlı qüvvələrinin sentyabrın 27-də ölkəmizə qarşı başladığı növbəti təxribatçılıq əməllərinə cavab olaraq Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında rəşadətli Azərbaycan Ordusunun həyata keçirdiyi əks-hücum əməliyyatları nəticəsində düşmən ağır məğlubiyyətə uğradı. 44 gün davam edən Vətən müharibəsi Azərbaycan Ordusunun şanlı zəfəri ilə başa çatdı, əzəli Qarabağ torpaqlarımız birdəfəlik erməni faşizmindən azad olundu. Ərazi bütövlüyümüz uğrunda başlanan savaşda Şəkinin qəhrəman oğulları da rəşadətlə vuruşub, şəhidlər veriblər. Torpaqlarımızın işğaldan azad edilməsi uğrunda canlarından keçən şəhidlərimizin əziz xatirəsi xalqımız tərəfindən daim uca tutulur.