Şriftin ölçüsü :

Saytın rəngi :

Fəaliyyət

Şəki rayonunun ərazisi 2.43 min kvadrat km əhalisi 179,4 min nəfərdir. 1 şəhər, 2 qəsəbə 68 kənd yaşayış məntəqəsi mövcuddur. Kənd təssərüfatı toxuculuq, yeyinti sənayesi, tikinti materialı məhsulları istehsalı sənayesi yaxşı inkişaf etmişdir.
Rayonda kənd təsərrüfatı aparıcı rol oynayır. Rayon üzrə ümumi məhsul buraxılışının 48,2 faizi və ya 160135,9 min manatı kənd təsərrüfatının payına düşür. 2013-cü ildə 220 ton taxıl istehsal olunmuşdur. Keçən il 10270 ton (diri çəkidə ) ət, 55789 ton süd istehsal olunmuşdur. Ət istehsalı 2,0, süd istehsalı 2,7 faiz artmışdır. 01. 01. 2014-cü il tarixə iri buynuzlu mal-qaranın sayı 78324 baş, xırda buynuzlu mal-qaranın sayı isə 323901 baş olmuşdur ki, bu da əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə uyğun olaraq 0,4 və 2,1 faiz çox deməkdir.
Əhalinin fasiləsiz olaraq elektrik enerjisi ilə təmin etmək üçün rayon ərazisində müvafiq tədbirlər həyata keçirilir. 2013-cü il ərzində ümumi uzunluğu 114,52 km  olmaqla müxtəlif gücdə elektrik veriliş xətləri və 101 ədəd yarımstansiya əsaslı və cari təmir edilmiş,  əhali qrupuna aid abonentlərə 827 ədəd sayğac quraşdırılmışdır.
Bundan əlavə 1 ədəd 63 kVa və şəhərin 104, 118, 119, 120 və  121-ci kvartallarında məskunlaşmış əhalinin elektrik enerjisi ilə təmin olunması üçün1 ədəd 630 kVa, 1 ədəd 250 kVa və 1 ədəd 100 kVa gücündə transformator yarımstansiyaları quraşdırılaraq əhalinin istifadəsinə verilmişdir.
Hazırda Şəki şəhəri, rayonun 19 kəndi və 2 qəsəbəsi fasiləsiz olaraq təbii qazla təmin edilir. Rayonun digər yaşayış məntəqələrinin qazlaşdırılması istiqamətində tədbirlər görülür.
Rayonda su təchizatının yaxşılaşdırılması istiqamətində müvafiq tədbirlər həyata keçirilir. 2013-cü il ərzində 11 yaşayış məntəqəsinin içməli su təchizatı yaxşılaşdırılmışdır. Şəki şəhərinin su təchizatı və kanalizasiya sisteminin yenidən qurulması layihəsinin birinci mərhələsi başa çatmiş, ikinci mərhələ üzrə tikinti-quraşdırma işlərinin layihə üzrə həyata keçirilməsinə başlanmışdır.
2013-cü il ərzində Şəki rayonu Telekommunikasiya qovşağı üzrə ATS-in ümumi tutumu 25743 ədəd, əhalinin istifadəsində olan nömrələrin sayı isə 24062 olmuşdur. EATS- də ümumi tutum 2587 port olan internet xətti vardır. İnternet xəttindən istifadəçilərin sayı 5272 nəfərə çatmışdır.
Rayon ərazisində 98 km uzunluğunda respublika əhəmiyyətli magistral, 258 km səhərdaxili, 343 km kəndarası yollar vardır.
2013-cü ildə 20,3 min kv.m respublika əhəmiyyətli magistral, 54,85 min kv.m səhərdaxili, 279,05 min kv.m kəndarası yollar asfalt-beton örtüklə, 101,3 min kv.m kəndarası yollar çınqıl örtüklə təmir olunmuşdur. Bu işlər bu gün də davam etdirilir.
Rayonda tikinti – quraşdirma işləri geniş vüsət almışdır. Küçələr və yollar, park və meydançalar abadlaşdırılır, müasir işıqlandırma sistemi qurulur. Yeni məktəb binaları tikilir. 24 mənzilli yaşayış binasında tikintı işləri başa çatmaq üzrədir.

Keçidlər