Şriftin ölçüsü :

Saytın rəngi :

İqtisadiyyat

 
Respublikanın iri kənd təsərrüfatı və sənaye rayonlarından biri olan Şəki rayonunun ərazisi 2.43 min kvadrat km, əhalisi 189.0 min nəfərdir.  Ondan şəhər əhalisi Turan və Çələbixan qəsəbələri ilə birlikdə 68,4 min nəfər, kənd əhalisi 120.6 min nəfərdir. Əhalinin ümumi sayından 94914 nəfərini və ya 50 faizini kişilər, 94046 nəfərini və ya 50 faizini qadınlar təşkil edir. 36,2 faizi şəhərdə, 63,8 faizi isə kənddə yaşayır. Əhalinin sıxlığı bir kvadrat kilometrə 77 nəfərdir.
  2020-ci il ərzində istehsalın əsas sahələrində ilkin hesabatlara görə 540441.5  min manatlıq məhsul buraxılmışdır. 2020-cu ildə faktiki qiymətlərlə məhsul buraxılışı 2019-ci ilin müvafiq dövrü ilə müqayisədə 93.7 faiz təşkil edir. O cümlədən, sənayedə məhsul buraxılışı 36462,5min manat, kənd təsərrüfatında 218394,1min manat, tikintidə 136965,6min manat, nəqliyyat və anbar təsərrüfatında 3793,8min manat, informasiya və rabitədə 2746,2min manat, ticarət, nəqliyyat vasitələrinin təmiri sahəsində 142079,3min manat olmuşdur.
Rayonda 2020-cu il ərzində 277 yeni iş yeri açılmışdır. Rayon üzrə orta aylıq əmək haqqı 442.5 manat olmuşdur. 2003-2020-ci illər ərzində rayonda 32 yeni məktəb binası tikilmiş, 15 modul tipli məktəb quraşdırılmışdır.
Hazırda rayonda  23  sənaye müəssisəsi  fəaliyyət göstərir ki, bunların da 9-u kiçik müəssisələrdir.
Əhaliyə  38 elektron  sistemli  ATS  və  38  poçt  şöbəsi  xidmət  göstərir ki, bunlardan  da 9 ATS  və  8  poçt  şöbəsi şəhərdə,  29 ATS və 30 poçt şöbəsi kəndlərdədir.

 

Keçidlər