Şriftin ölçüsü :

Saytın rəngi :

Şəkidə keçirilmiş karate üzrə beynəlxalq turnirdə 300-dən çox idmançı mübarizə aparmışdır

03 iyun 2014 | 15:00

Şəki Olimpiya İdman Kompleksində Azərbaycan Beynəlxalq Bankının kuboku uğrunda karate üzrə beynəlxalq turnir keçirilmişdir.
Milli Karate Federasiyası və Beynəlxalq Bankın təşkilatçılığı ilə ilk dəfə keçirilən və Uşaqları Beynəlxalq Müdafiə Gününə həsr olunan turnirdə Azərbaycanın müxtəlif regionlarını təmsil edən yerli idmançılarla yanaşı, Gürcüstan və Rusiya Federasiyasından perspektivli karateçilər də iştirak etmişlər.  Yarışın təntənəli açılışı mayın 31-də keçirilmişdir.
Üç yüzdən çox karateçi oğlan və qızın qatıldığı turnirdə uşaqlar 3, yeniyetmə və gənclər isə 5 çəki dərəcəsində fərdi kumite və fərdi kata üzrə mübarizə aparmışlar. Turnirə baş hakimliyi beynəlxalq dərəcəli hakim Cahangir Babayev etmişdir. Yarışlar Milli Karate Federasiyasının rəsmi internet saytında canlı yayımlanmışdır.
Beynəlxalq turnirin ənənəvi olaraq hər il keçirilməsi nəzərdə tutulur.

Keçidlər